AZ

Daha iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı



Dekabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 25-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar növbəti iclası keçirilir.

aia.az xəbər verir ki, iclasda qarşıdan gələn bələdiyyə seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

Qeyd edək ki, indiyədək bələdiyyə seçkiləri ilə əlaqədar 13 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

aia.az



Seçilən
14
6
aia.az

10Mənbələr