AZ

"Skuter aldım, sonra mənə bomba üçün komponentlər verdilər"

Xəbər verdiyimiz kimi, dünən Moskvada partlayış baş verib. Partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Mühafizə Birliyinin rəisi, general-mayor İqor Kirillov ölüb.

Milli.Az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin NBC Mühafizə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi mayor İlya Polikarpovun ölümü ilə nəticələnən terror hücumunun hazırlanması bir neçə ay çəkib. Bunu saxlanılan cinayətkarın ifadəsi ilə FSB-nin videoyazısından əldə edilən məlumatlar sübut edir.

Cinayətkar Moskvaya xüsusi olaraq terror aktı törətmək üçün gəldiyini etiraf edib.

Saxlanılan şəxsin sözlərinə görə, o, Moskvaya Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə gəlib:

"Skuter aldım və bir neçə aydan sonra mənə bomba üçün komponentlər verdilər. Onları qəbul etdim, cihazı yığdım və Kirillovun yaşadığı evin yanında yerləşdirdim. General evdən çıxanda düyməni basdım" .

Xatırladaq ki, terror aktı dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində baş verib. Skuterə yerləşdirilmiş partlayıcı qurğu yaşayış binasının girişinin yaxınlığında işə salınıb.Nəticədə general-leytenant Kirillov və mayor Polikarpov həlak olub.Terrorçuluq, qətl və qanunsuz silah alveri maddələri ilə cinayət işi açılıb. Bu gün FSB və İstintaq Komitəsi terror aktını törədən 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşının tutulması barədə məlumat yayıb. Onun sözlərinə görə, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülüb.

Nərmin
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

phrase_var_article.chosen
8
50
milli.az

10phrase_var_article.sources