AZ

Baydendən gedər ayaq Gürcüstana ZƏRBƏ

Co Baydenin başçılıq etdiyi hazırkı Amerika administrasiyası səlahiyyət müddəti bitməmiş Gürcüstan hakimiyyətinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Publika.az xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller təsdiqləyib.

“Cavabımızı necə sərtləşdirdiyimizi gördünüz. Biz əlavə sanksiyalar da daxil olmaqla, cavab tədbirlərimizi sərtləşdirməyə davam edəcəyik”, - Miller Gürcüstandakı vəziyyəti şərh edərkən bildirib.

“Bu sanksiyaların konkret mahiyyətinin necə olacağını deməyəcəyəm. Amma bəli, səlahiyyət müddətimizin sonuna qədər biz Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, - Miller vurğulayıb.

phrase_var_article.chosen
19
publika.az

1phrase_var_article.sources