AZ

Azərbaycanın pambıq ixracı artıb

Bu ilin ilk 11 ayında Azərbaycan 203 milyon 23,14 min ABŞ dolları dəyərində 126 min 150,86 ton pambıq ixrac edib.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon 147,6 min ABŞ dolları, həcmi isə 50 min 941,05 ton artıb.

Pambıq ixracı ölkənin ümumi ixracının 0,83%-ni təşkil edib.

Bu ilin yanvar – noyabr aylarında isə Azərbaycana 9 milyon 69,62 min ABŞ dolları dəyərində pambıq idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 944,84 min ABŞ dolları çoxdur.

Pambıq idxalı ölkənin ümumi idxalının 0,05%-ni təşkil edib.


Müəllif: Teleqraf.com
Seçilən
1
1
teleqraf.com

2Mənbələr