AZ

Gəncədə məktəblilər bir-birini söyüşə görə bıçaqlayıblar

"Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir"...

Bu məlumat Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

"Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi həmin məktəbin 8-ci sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək", - deyə açıqlamada bildirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə söyüş üstündə baş verib.

***

Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, 21 nömrəli məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında faktı təsdiqləyib.

"Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici, deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək.

Qeyd edim ki, hadisə məktəbdən kənarda qeydə alınıb", - deyə E.Qasımov vurğulayıb.

Poliqon.info

Seçilən
48
2
poliqon.info

10Mənbələr