AZ

Qızının ölümünə dözməyən ata dünyasını dəyişdi

Bir müddət əvvəl Xaçmazda iki rəfiqənin göbələkdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.

Ölkə.az lent.az-a istinadla xəbər verir ki, onlardan Günel Abdullayevanın atası Valeh Abdullayev də 2 gün əvvəl infarktdan dünyasını dəyişib.

Məlumata görə, buna səbəb qızının ölümünə dözə bilməməsi olub.

Qeyd edək ki, hadisə oktyabr ayında Xaçmaz rayonu Seyidli kəndində meşədə baş verib. 47 yaşlı İlahə Vilayət qızı Bayramova rəfiqəsi Günel Valeh qızı Abdullayeva ilə birgə həmin meşədə göbələk yeyiblər. Bundan sonra hər ikisinin vəziyyəti pisləşib və onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra onlar Bakıya Kliniki Tibbi Mərkəzə gətirilərkən İlahə Bayramova yolda ölüb. 38 yaşlı Günel Abdullayeva isə həmin xəstəxanada həkimlərin göstərdiyi səylərə baxmayaraq, keçinib.

phrase_var_article.chosen
27
20
olke.az

10phrase_var_article.sources