AZ

“O gözəl, yenilməz Ukrayna”

   Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi və Ukraynanın Azərbaycandakı səfirliyi ilə birlikdə həyata keçirilən “Ukrayna mədəniyyətinin yeni üfüqləri: Ədəbiyyat günləri” layihəsi çərçivəsində Ukrayna şeiri gecəsi keçirilib. 

   Gecədə “O gözəl, yenilməz Ukrayna” şeir antologiyası, “Deraviya: kvant sıçrayışı” romanı təqdim olunub.  “Mücrü” nəşriyyatında işıq üzü görən antologiyaya  Kitabın ön sözü Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusyevə aiddir.

   Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu XQ-yə müsahibə verdi: 

-   Birinci kitabda Mikayıl Müşfiq, Əhməd Cavad və başqa ölməz şairlərin klassik Ukrayna poeziyası, yeni nəsil şair və yazıçılarının çağdaş Ukrayna şeirlərindən etdiyi tərcümələr yer alır. Romanın tərcüməsi isə Rəbiqə Nazimqızına aiddir. Hesab edirəm ki, bu tədbir Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Hər iki ölkənin mədəniyyətinin tanıdılması üçün olduqca vacib addımdır. 

   Dmitro Stus Taras Şevçenko Milli Muzeyinin baş direktoru: 

- Azərbaycan və Ukrayna arasında hər zaman sıx münasibətlər olub. Çox şadam ki, artıq 20 ildir biz bu sevgi və dostluq körpüsünü qururuq. Bu gün isə bu əlaqələr həm ədəbiyyat, həm də mədəniyyət sahəsini əhatə edir. Bu məsələdə hər iki ölkənin söz və sənət adamlarının çox böyük rolu var. Buna görə biz Ukrayna xalqı həmişə qürür hissi keçiririk. Əminəm ki, nəinki indi, hətta uzun illər keçsə belə bu əlaqələr daha da inkişaf edəcək. İnanıram ki, dünyada sülh və əmin-amanlıq bərpa olacaq, insanlar bir-birinə daim gülümsəyəcəklər. 

Sonda, antalogiyaya daxil olan poeziya nümunələri səsləndirilib. Gənc pianoçular Fidan Yunus və Humay Qasımzadə isə Azərbaycan, Ukrayna və Avropanın klassik və çağdaş bəstəkarlarının əsərlərini ifa ediblər. 

 

Fidan SALMANOVA

XQ

phrase_var_article.chosen
31
xalqqazeti.az

1phrase_var_article.sources