AZ

Kakao qiymətləri rekord silsiləsini davam etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

2024-cü ilə 4 min 200 dollar səviyyələrində başlayan kakao qiymətləri yüksəliş trendini davam etdirir.

Banco.az xəbər verir ki, Qərbi Afrikada yağışsız mövsümün yaratdığı tədarük narahatlığı səbəbindən kakao bazarı oyunçuları satınalma prosesinə davam edərək qiymətləri rekord səviyyəyə çatdırıb.

Yeni ilə 4 min 200 dollar səviyyələrində başlayan kakaonun qiyməti aprelin ortalarında 11 min 500 dollara yüksəlmişdi. Daha sonra oktyabr ayında isə yenidən ucuzlaşaraq 5 min 900 dollara qədər geriləmişdi.

Bu aşağı səviyyədən alışlarla davam edən kəskin yüksəliş tendensiyası kakao qiymətlərini bu gün ton başına 12 min 121 dollar səviyyəsinə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

phrase_var_article.chosen
33
banco.az

1phrase_var_article.sources