AZ

Birinci dövrəyə yekun vuruldu

Bu gün Azərbaycan II liqasında 13-cü tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son gündə 2 oyun keçirilib. “Saatlı-Araz” evdə “Şəki Siti”ni, “Şəmkir” isə “Lerik”i böyük hesabla məğlub edib.

Lider “Şahdağ Qusar” isə bu gün Qusar derbisinə “Qusar”la qarşılaşmalı idi. Ancaq “Qusar” komandası oyuna gəlmədiyindən matç baş tutmayıb. Buna görə “Qusar”a texniki məğlbuyyət veriləcəyi gözlənilir.

Bugünkü matçlar II liqada ilin və 1-ci dövrənin son oyunları olub. “Şahdağ Qusar” ilk dövrəni 36 xalla lider kimi başa vurub.

18 dekabr (çərşənbə)

14:00. “Saatlı-Araz” – “Şəki Siti” – 5:1

Qollar: X.Bədirov, 25, E.Xəlilli, 30, 41, 51 (pen), R.Süleymanov, 54 – A.Quliyev, 22

Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Sənan Bayramzadə

Saatlı OİK stadionu

14:00. “Şəmkir” – “Lerik” – 4:1

Qollar: K.Əhmədli, 13, S.Abbasov, 16, V.Cəfərov, 57, R.Şahmuradov, 81 – Z.Axundzadə, 25

Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Sərxan İsmayılov

Şəmkir OİK stadionu

15:00. “Qusar” – “Şahdağ Qusar” (Baş tutmayıb)

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

“Kapital Bank Arena” (ehtiyat meydança)

16 dekabr (bazar ertəsi)

“Kür-Araz” – “Göygöl” – 5:0

“Şimal” – “Haypers Quba” – 2:2

17 dekabr (çərşənbə axşamı)

“Dinamo” – “Ağdaş” – 3:4

“Şəfa” – “Füzuli” – 2:1

phrase_var_article.chosen
14
1
futbolpress.az

3phrase_var_article.sources