AZ

FİFA -dan Ukraynanın tanınmış klubuna ağır CƏZA

FİFA Ukraynanın tanınmış klubu "Çernomorets”ə (Odessa) transfer qadağası qoyub.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sabiq futbolçusu Luka Huçekə borcunu ödəməyən Odessa təmsilçisi qarşıdakı üç transfer dövründə heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.

Daha üç futbolçuya borcu olan klubla bağlı növbəti şikayətə gələn ilin yanvar ayında baxılacaq.

Hazırda yaxşı günlərini keçirməyən klubun ümumi borcu təxminən 100 min dollardır.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında 17 oyundan sonra 12 xal toplayan "Çernomorets” 16 komanda arasında 15-ci sırada qərarlaşıb.

phrase_var_article.chosen
14
7
bakivaxti.az

8phrase_var_article.sources