AZ

Pezeşkian bu şəkli görərkən ağladı, səhnəni tərk etdi - VİDEO

Bu gün İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmilərinin və xarici qonaqların da iştirak etdiyi tədbirdə çıxış edərkən mərhum həyat yoldaşının şəklini görəndə göz yaşlarını saxlaya bilməyib.

Korrespondent.az bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Belə ki, İran Prezidenti keçmişdəki fəaliyyəti haqqında danışarkən ailəsindən, həyat yoldaşının ona olan münasibətindən söz açıb və tribunada kövrəlib. 

“İcazə verin, mən danışmayım. Çünki mənim üçün çox çətindir. Bağışlayın!” - deyərək Pezeşkian səhnədən enib. Amma bundan sonra da o, göz yaşlarına hakim ola bilməyib.

phrase_var_article.chosen
23
1
korrespondent.az

2phrase_var_article.sources