AZ

Bakıda “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” keçirildi

Azərbaycanda yeni səhiyyə erasına həsr edilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, zirvənin tədbirlər proqramı çərçivəsində açılış nitqi ilə çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyevin sözlərinə görə, səhiyyə idarəçilərinin rolu və öhdəliklərinimüzakirə etmək üçün tədbir əhəmiyyətli platformalardan biridir. M.Mirzəyev panel müzakirələri barədə məlumat verib və tədbirin işinə uğurlar arzulayıb. Daha sonra panel müzakirələrinə start verilib.

“Dayanıqlı səhiyyə idarəetməsi” adlanan panel müzakirələrinin I sessiyası Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin moderatorluğu ilə baş tutub.
Sessiyada TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Qarabağ Universitetinin Tibb proqramlarının direktoru Samir Babayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə, “Rəqəmsal Tibbi Həllər” MMC-nin direktoru Ramil Mehdiyev, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov, Yeni Klinikanın direktoru Barat Yusubov idarəetmədə beynəlxalq təcrübə, dövlət və özəl tibb müəssisələrinin idarə edilməsindəki əsas konturlar, təhsil sistemində yeni hədəflər, səhiyyə idarəçiliyində müasir texnologiya və tendensiyaların tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirələrinin II sessiyası TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutub.
Sessiyanın natiqləri TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev səhiyyə idarəedilməsindəkeyfiyyətə nəzarət, hüquqi-normativ bazanın təkmilləşdirilməsi, xidmət çeşidlərinin və pasiyent məmnunluğunun, həkim və pasiyent hüquqlarının artırılması üçün zəruri tədbirlərdən danışıblar.

Tədbirin rəsmi hissəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov,Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov və digər dövlət, hökumət rəsmiləri, eləcə də tibb müəssisələrinin rəhbər heyətləri iştirak ediblər.

Qeyd edək ki, tədbirdə iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə edilib.


Müəllif: Şəbnəm Zahir
phrase_var_article.chosen
29
4
teleqraf.com

5phrase_var_article.sources