Gənc müğənni Mehriban Qənbərovanın təyyarədə ürəyi gedib.
XALQ.AZ titul.az-a istinadla xəbər verir ki, bunu müğənni özü açıqlayıb. Mehriban deyib ki, hadisə 3 gün əvvəl – dekabrın 14-də gecə saatlarından baş verib.
O, bildirib ki, təyyarə fobiyası var, təyyarəyə minəndə yerə uzanmaq istəyir, otura bilmir. Mehriban bunun özündən asılı olmadığını qeyd edib.