AZ

Hindistan neft idxalını 2 dəfəyə yaxın artırıb: Azərbaycandan...

2024-cü ilin oktyabrında dünyanın ən böyük neft istehlakçılarından biri olan Hindistan 25,369 milyon ton neft idxal edib ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 33,3 faiz çoxdur.

Musavat.com Hindistan Ticarət Nazirliyinin statistikasına əsasən xəbər verir ki, pul ifadəsində tədarük 14,65 milyard dollar təşkil edib (illik müqayisədə +17,8 faiz, sentyabr ayı ilə müqayisədə +54,7 faiz).

Sentyabrda ölkə 16,212 milyon ton neft alıb. Beləliklə, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə idxal 1,56 dəfə artıb.
Oktyabrda Hindistan Rusiyadan 10,29 milyon ton (sentyabr ayına nəzərən +45 faiz, 2023-cü ilin oktyabrına +72 faiz), İraqdan 5,72 milyon ton (+59 faiz və +27 faiz), Səudiyyə Ərəbistanından 2,89 milyon ton neft (+52 faiz və +12,4 faiz) alıb. Pul ifadəsində əməliyyatların həcmi müvafiq olaraq 5,75 milyard dollar, 3,15 milyard dollar və 1,76 milyard dollar təşkil edib.

Ümumilikdə, 10 ay ərzində Hindistan 200 milyon ton neft (pul ifadəsində 121 milyard dollar) alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

Qeyd edək ki, Hindistan Azərbaycan neftinin dördüncü böyük alıcısıdır. Bu ilin 11 ayında ölkəmizdən 729 milyon 796.92 min dollar dəyərində 1 milyon 168 min 876.01 ton neft alıb.

Musavat.com

Seçilən
1
24
musavat.com

10Mənbələr