AZ

Rusiyada yük və sərnişin qatarlarının toqquşması zamanı yaralanan qadın ölüb

Murmansk vilayətində yük və sərnişin qatarının toqquşmasından sonra təcili yardım maşınında olan qadın ölüb.

Qaziler.az bildirir ki, bu barədə dekabrın 18-də Rusiya Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.

“Təəssüf ki, Murmansk-Sankt-Peterburq marşrutu üzrə 11 nömrəli qatarın relsdən çıxması nəticəsində ölənlərdən biri təcili yardım maşınında dünyasını dəyişib”, Telegram kanalında dərc edilən məlumatda deyilir.

Şirkət mərhumun yaxınlarına  başsağlığı verib, həmçinin onun ailəsinə lazımi dəstəyi göstərəcəyini vəd edib.

Bildirilib ki, Rusiya Dəmir Yolları mərhumun yaxınlarına 2 milyon 200 min rubl ödəyəcək.

QAZİLER.AZ

Seçilən
13
1
qaziler.az

2Mənbələr