Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 871 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda sözügedən avtomobillərin dəyəri 114 milyon 792 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bunlar miqdar baxımından 134 ədəd (4,9%), dəyər baxımından isə 3 milyon 745 min ABŞ dolları (3,4%) çoxdur.
Qeyd edək ki, bundan əlavə, hesabat dövründə Azərbaycana 350 milyon 411 min ABŞ dolları dəyərində 14 176 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Həmçinin sözügedən dövr ərzində ölkəyə 250 milyon 349 min ABŞ dolları dəyərində 8 478 ədəd elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.
Fuad Mədətov
Fins.az