AZ

İsrail ordusu Suriyada irəliləyir

İsrail qüvvələri Suriya-İordaniya sərhədindəki Dera çölündə doqquz kilometr irəliləyərək bölgədəki Kuya kəndinə və tarixi Əl-Vəhda bənd sahəsinə daxil olub. Metbuat.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu açıqlama verib. İsrailin Suriyada irəlilədiyi bildirilir. Suriya İnsan Haqları Müşahidə Qrupu İsrail qüvvələrinin İsrail-Suriya sərhədindəki bufer zonanın yaxınlığında yerləşən Sayda kəndi yaxınlığındakı hərbi bölgəyə daxil olduğunu bildirib.

Məlumata görə, İsrail tankları Dera və Quneytra əyalətləri arasındakı sərhəddə yerləşən Sayda Əl-Qolan kəndinə doğru irəliləyib. Bildirilir ki, İsrail qüvvələri Sayda Əl-Qolan kəndi yaxınlığında yerləşən Əl-Məkraz kəndi yaxınlığındakı rejimə məxsus keçmiş hərbi postda silah və sursat axtarıblar. Bildirilir ki, bu zaman sakinlərin əraziyə yaxınlaşmaması üçün İsrail hərbçiləri xəbərdarlıq atəşi açıblar.

Seçilən
43
50
metbuat.az

10Mənbələr