AZ

"Texnologiya qadın məsləhətxanalarını azaldır" - Ginekoloqdan açıqlama

Qadın məsləhətxanaları, qadınların sağlamlıq problemləri ilə bağlı xüsusi tibbi və psixoloji xidmətlər təklif edən müəssisələrdir. 

Bu məsləhətxanalar, qadınların ümumi sağlamlığını qorumaq, hamiləlik və doğum dövrü ilə əlaqədar tibbi xidmətlər göstərmək, sağlamlıq problemlərinin erkən mərhələdə aşkarlanması və müalicəsi məqsədini daşıyır.

Amma son dövrlər bu tip məsləhətxanalarının sayının azalması müşahidə edilir. 

Maraqlıdır, qadın məsləhətxanalarının azalmasının səbəbi nədir? Bu tipli müəssisələrin ana və körpə sağlamlıqlarının qorunmasında hansı rolu var?

Bu barədə Hit.az-a açıqlama verən ginekoloq Aysel Əfəndiyeva deyib ki, qadın məsləhətxanalarının azalmasının bir neçə səbəbi ola bilər:

“Bir çox qadın məsləhətxanası, xüsusilə dövlət müəssisələri, büdcə kəsintiləri və maliyyə çətinlikləri ilə üzləşir. Bu da onların fəaliyyətini məhdudlaşdırır və bəzən fəaliyyətlərini dayandırmağa səbəb olur. Müasir dövrdə tibb xidmətləri daha çox mərkəzləşdirilmiş şəkildə təşkil olunur, bəzi hallarda qadın sağlamlığı ilə əlaqəli xidmətlər başqa müstəqil müəssisələrdə deyil, böyük tibb mərkəzlərində və klinikalarda təqdim olunur. Qadınların tibbə və sağlamlıq xidmətlərinə tələbatı da dəyişib. Təhsil səviyyəsinin artması və qadınların iş gücündə daha aktiv olması, bəzi hallarda qadın məsləhətxanalarına olan tələbatı azaldıb. 

Mobil tətbiqlər, onlayn məsləhət xidmətləri və digər dijital platformalar qadın sağlamlığı ilə bağlı məlumat və xidmətlərə daha əlçatan olmağı təmin edib, bu da ənənəvi məsləhətxanalara olan ehtiyacı azalda bilər. Qadın məsləhətxanaları ana və körpə sağlamlığının qorunmasında çox mühüm rol oynayır. Hamiləlik dövrü ilə əlaqədar sağlamlıq müayinələri, ana və körpə üçün müvafiq qidalanma, vitaminlər, və digər tibbi məsləhətlər verilir. Qadın məsləhətxanaları, qadınlara doğum öncəsi və doğum zamanı təhlükəsizlik barədə məlumat və dəstək verir. Bu, doğum zamanı təhlükələrin azalmasına kömək edir”.

Murad

phrase_var_article.chosen
24
hit.az

1phrase_var_article.sources