“Araz-Naxçıvan” klubunun əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Rekord.az xəbər verir ki, tədbir AFFA-nın Hakimlər Komitəsinin üzvü Anar Salmanovun iştirakı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub.
Seminarda komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.