Bu gün Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun ikinci günündə də 3 qarşılaşma keçirilib.
Günə B qrupunda “Quba” - “Gəncə” görüşü ilə start verilib. Gəncə basketbolçuları səfərdə inamlı qələbə qazanıblar.
Qrupun digər oyununda “Şəki” “Ordu” nu məğlub edib. A qrupunda isə “Abşeron” “Sərhədçi”ni sınağa çəkib. Eyni xala malik komandaların duelində meydan sahibləri son dövrədəki uğurlu oyun sayəsində qalib gəliblər.
Qeyd edək ki, turun ilk oyunlarında “Naxçıvan” NTD-yə 95:77, “Neftçi” “Sabah”a 71:66, “Sumqayıt” isə “Lənkəran”a 108:99 hesabı ilə qalib gəlib.
Azərbaycan Basketbol Liqası
VII tur
18 dekabr
A qrupu
18:00. “Abşeron” – “Sərhədçi” - 71:68 (18:9, 10:21, 19:23, 24:13)
Sərhədçi İdman Mərkəzi
1 Sabah 7 6 1 566-482 13
2 Naxçıvan 7 6 1 563-508 13
3 Abşeron 7 4 3 504-537 11
4 Sərhədçi 7 3 4 498-527 10
5 Neftçi 7 1 6 493-548 8
6 NTD 7 1 6 523-588 8
B qrupu
14:00. “Quba” – “Gəncə” - 78:95 (22:19, 21:25, 20:27, 15:24)
Quba OİK
15:00. “Ordu” – “Şəki” - 74:80 (24:19, 15:17, 14:18, 21:26)
Sərhədçi İdman Mərkəzi
1 Gəncə 7 6 1 608-505 13
2 Şəki 7 5 2 609-532 12
3 Ordu 7 4 3 624-563 11
4 Sumqayıt 7 2 5 569-688 9
5 Lənkəran 7 2 5 538-625 9
6 Quba 7 2 5 570-609 9
Rəşad Rafiqoğlu, Bizim.Media