AZ

Orta Şərqə dair vacib görüş! - Ərdoğandan tarixi mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Livan Baş naziri Nəcib Mikati ilə ortaq mətbuat konfransı zamanı vacib mesajlar verib.

Milli.Az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan və Livan Baş naziri Nəcib Mikati prezident sarayında mətbuat konfransı keçirib. 

Ərdoğanın çıxışından diqqət çəkən məqamlar:

Livan və İsrail məsələsi
Ərdoğan vurğuladı ki, Livan, Fələstin kimi, ötən ili İsrailin təhdidləri və hücumları ilə tamamladı. Ərdoğan qeyd etdi:
"Livanın təhlükəsizliyi bölgənin sabitliyindən ayrılmazdır. Qəzzədə atəşkəs və daimi sülh olmadan bölgəmiz sakitliyə qovuşa bilməz."

Ərdoğan, İsrailin hücumlarına qarşı Türkiyənin Livana dəstəyini vurğulayıb:
"Türkiyə, İsrailin təcavüzkarlığına qarşı Livanın arxasında dayanmış, humanitar yardımlarını davam etdirib."

Suriyadakı vəziyyət
Türkiyə və Livan arasında genişmiqyaslı əməkdaşlığa toxunan Ərdoğan, Suriyanın yenidən qurulması və normal həyatın bərpa edilməsinin öncəlik olduğunu bildirib:
"Suriya artıq yeni bir dövrə qədəm qoyub. Türkiyə və Livan olaraq Suriya ilə bağlı ortaq hərəkət etməliyik. Suriyanın sabitliyi bölgənin sabitliyi deməkdir."

Ərdoğan, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb:
"Türkiyə, Suriyanın toprak bütünlüyünə dair qərarlı mövqeyini heç vaxt dəyişməyəcək."

Suriyalı qaçqınlara çağırış
Suriyalı qaçqınlara mesaj göndərən Ərdoğan deyib:
"Bu dövr birlik və qarşılıqlı anlayışla hərəkət etmək lazım olan kritik bir dövrdür. Suriya xalqının bu prosesi uğurla idarə edəcəyinə ürəkdən inanıram."

Ərdoğan, Türkiyə və Livanın ortaq məqsədinin Suriyanı yenidən güclü şəkildə dirçəltmək olduğunu vurğulayıb:
"Suriyanın sabitliyi üçün beynəlxalq cəmiyyətin dəstəyi vacibdir. Bu istiqamətdə hər kəsdən töhfə gözləyirik."

Ülkər Vəliyeva
Milli.Az

phrase_var_article.chosen
4
2
milli.az

3phrase_var_article.sources