AZ

Arvadını və yeddi yaşlı oğlunu qazla zəhərləməyə çalışdı

Rusiyada ailə üzvlərini zəhərləməyə cəhd edən şəxs saxlanılıb.

Hadisə Pavlovski Posad yaxınlığındakı Qribanovo kəndində baş verib.

Kənd sakini olan qadının sözlərinə görə, əri onları evdə bağlayıb və otağa naməlum qaz buraxıb. Zənglə hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları yeddi yaşlı uşağı və onun 29 yaşlı anasını qazla zəhərlənmədən xilas ediblər .

Zəhərləməyə cəhd göstərən şəxs saxlanılıb və onun barəsində cinayət işi açılıb. 53 yaşlı şübhəli günahını etiraf etməyib və həyat yoldaşının ona böhtan atdığını bildirib.\\BakuPost

Seçilən
13
1
hurriyyet.az

2Mənbələr