AZ

"Mənim üçün ölkədən qaçan artistçiklər insan deyil, zibildir" - Vasili Livanov

 
"Mən anlamıram, Vətəni necə tərk edib getmək olar ki?.."
 
"Alla Puqaçova məni qətiyyən maraqlandırmır, mən onu heç vaxt anlamamışam, o, xalqı çoxdandır məyus edib..."
 
Kinematoqrafda unudulmaz xəfiyyə Şerlok Xolms obrazını yaratmış məşhur sovet və rusiyalı aktyor Vasili Livanov Rusiyanı "tərk etmiş artistləri" pisləyən bəyanatla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "fedpress.ru" nəşri məlumat verib.
 
Rusiyada bu kateqoriyaya Ukrayna ilə müharibənin əleyhinə çıxan və vətəni tərk edən mədəniyyət və incəsənət xadimləri Kreml rejimi ilə eyniləşdirməmək üçün daxil edilir.
 
Artistlərin digər iki kateqoriyası heç bir siyasi mövqe nümayiş etdirməyən və açıq şəkildə hakimiyyətə dəstək verərək müharibəni təşviq edənlərdir. Hər şeydən göründüyü kimi, Vasili Livanov sonunculara aiddir.
 
"Arqumentı i faktı" qəzetinin müxbiri ilə söhbətində 88 yaşlı Livanov bəyan edib ki, "Puqaçova haqqında heç danışmaq" istəmir və "onu Puqaçova qətiyyən maraqlandırmır".
 
"Mənim üçün Puqaçova  və ölkədən qaçmış digər artustçiklər insan deyil, zibildir! - Livanov deyib. 
 
Mən Puqaçovanı heç vaxt anlamamışam. Mən doğma vətəndən çıxıb getməyi anlamıram. Ona gorə də o, xalqı çoxdan məyus edib.
 
Mən xaricdə çox çəkilmişəm, mənə bir çox ölkələrdə qalmaq təklif edilib. Böyük Britaniya Kraliçası Şerlok Xolms roluna görə məni Britaniya imperiyasının Ordeni ilə təltif edib. 
 
Lakin mən Rusiyadan getmək fikini ağlımdan keçirməmişəm. Mənim evim buradadır, mən rus insanıyam".
 
Bu fikirlər iki həftə bundan öncə səsləndirilib, lakin Qəzzada müharibə ilə əlaqədar olaraq bunlar İsrailin rusdilli auditoriyasının diqqətindən kənarda qalıb.
 
2022-ci ilin mart ayında müharibə başlanandan Livanov öz mövqeyini müəyyən edib və bəyan edib ki, Rusiyanın başqa çıxış yolu olmayıb, çünki "Ukrayna çoxdandır ki, Qərbin oyuncağı və satellitinə çevrilib".
Seçilən
463
24
moderator.az

10Mənbələr