İdarə və təşkilatlar mövcud yaşayış binasının qeyri-yaşayış sahələrində yerləşdirildikdə bu normalarla yanaşı həmin binaların layihələndirilməsi normalarının tələbləri nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu normaların tələbləri Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, müdafiə, daxili işlər, xarici işlər nazirliklərinin, dövlət sərhəd, səfərbərlik, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətlərinin, səfirlik, dövlət arxivi, telekommunikasiya rabitəsi binalarının, həmçinin mobil (səyyar) binalarda yerləşmiş ofis otaqlarının layihələndirilməsinə şamil edilmir.