AZ

Moskva sabah bu ilin ən soyuq qışını keçirəcək

Dekabrın 19-da Moskva bu ilin ən soyuq qışını keçirəcək.

 News24.az sfera.az-a istinadla  xəbər verir ki, bu barədə Moskva Meteorologiya Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova deyib. Sinoptik Arktikadan sürətli və qısamüddətli soyuq hava axınının yaxınlaşdığını açıqlayıb.

 Bu hava axını paytaxtı yeni qarla bürüyən siklonun geri çəkilməsi ilə başlayacaq. Şimaldan, xüsusilə Murmansk və Arxangelsk vilayətlərindən gələn soyuq hava ilə əvəz olunacaq.

 Dekabrın 18-də Moskva gündüz saatlarında -8...-10°C, axşam isə -14...-16°C arasında temperatur olacaq. Havanın soyuqluğu ilə yanaşı, qar yağacağı da gözlənilir. Lakin, dekabrın 19-na keçən gecə, havanın temperaturu -19°C-ə qədər enəcək. Eyni zamanda, cümə axşamı günü gün ərzində temperatur -3...-5°C civarında olacaq.

 Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand dekabrın 18-20-də Rusiya regionlarında güclü soyuqların müşahidə olunacağını, xüsusilə Şimal-Qərb və Mərkəzi Federal Dairələri ilə Uralda anomal soyuq hava şəraitinin gözlənildiyini əlavə edib.

Seçilən
8
1
news24.az

2Mənbələr