AZ

“Bəşər Əsəd, ölməmişəm və buradayam”

Əsəd rejiminin işgəncə mərkəzi olan Sednaya həbsxanasında yaşanan hadisələr qan dondurmaqda davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhbuslardan biri olan Amar Musa adlı şəxs həbsxanada gördüyü işgəncələr barədə danışıb.

O, Sednayada məhbusların ayaq üstə gəzməsinin qadağan edildiyini bildirib: "Biz sürünmək məcburiyyətində qalırdıq, başını qaldıran öləcəkdi".

Sednayada qaldığı kamerada yaşadıqlarını izah edən Musa mühafizəçilərin onları kəndirlə bağladığını bildirib: "Bizi belimizdən kəndirlə bağlayırdılar. Mühafizəçilər deyirdilər ki, bu kəndirləri açsanız, öləcəksiniz".

Həbsxanada çox adamın qaldığını bildirən Musa kameralarda insanların üst-üstə yatmalı olduqlarını qeyd edib.

Musa qaldığı kameranın qapısında devrilmiş lider Bəşər Əsədə səslənərək "Əsəd, ölməmişəm və buradayam" deyib.

Milli.Az 

Seçilən
38
7
milli.az

8Mənbələr