AZ

İkinci Yer planeti tapılıb

İkinci

İkinci Yer planeti mövcuddur. Bunu astronomlar müəyyən ediblər. Lakin kəşf edilən göy cismi mavi planetdən səkkiz dəfə ağırdır.

Reyting.az
xəbər verir ki, alimlərin müşahidələrinə görə, kosmik obyektin çox sıx olması qurğuşunun sıxlığına bənzəyir. Buna görə də tədqiqatçıların əksəriyyəti sözügedən kimyəvi elementin olduğunu təsdiqləməklə, kəşf olunan yeni planetin əsas struktur komponentinin də qurğuşun ola biləcəyini iddia edirlər.

Elm adamlarının sözlərinə görə, "İkinci Yer"-də bir il cəmi 21 saat davam edir.

Tədqiqatçılar öncə bunun sıradan bir qaz planeti olduğunu, daha çox Yupiterə bənzədiyi ehtimalını irəli sürsələr də, bu nəzəriyyə özünü doğrultmayıb. Çünki yeni tapılan planet Günəşə çox yaxınlaşdığına görə, onun tərkibində olan qaz tamamilə buxarlanıb və güman ki, Yerin bənzəri sıx metal qazdan ibarət nüvəni xaric edib.

Daha əvvəllər bu sahə üzrə araşdırma aparan alimlər Yer planetinin nüvəsinin mümkün deformasiyası haqqında çoxlu məqalələr dərc ediblər. Ancaq alimlərin bu araşdırması, kəşfi bir daha sübuta yetirir ki, "İkinci Yer"-in forması Yer planetinin mantiyasının qravitasiyası təsirindən dəyişib və öz ekizini yaradıb.

Oqtay QORÇU
phrase_var_article.chosen
30
reyting.az

1phrase_var_article.sources