Bu il qazıntılar zamanı maili gözləri, yastı burnu və uzunsov kəlləsi olan kiçik, işlənmiş baş tapılıb.
QHT.az xəbər verir ki, Mesopotamiyanın Ubeyd mədəniyyətinə aid, yadplanetlilərə bənzər heykəlcik Bəhra 1 arxeoloji sahəsində tapılıb. Bu, eramızdan əvvəl VI minilliyə aid olan Ubeydlərin Mesopotamiya və Fars körfəzi arasındakı mədəni əlaqələrini əks etdirir.
Ekspedisiyanın rəhbəri Agnieszka Szymczak bildirib ki, bu heykəlcik Fars körfəzində tapılan ilk belə unikal tapıntıdır və onun Mesopotamiya gilindən hazırlanması, Ubeydlərin öz mədəniyyətlərini bölgəyə fəal şəkildə idxal etdiyini göstərir.
Heykəlciklərin qeyri-adi üz cizgiləri onların rituallarını, sosial praktikalarını və baş deformasiyası kimi xüsusi mədəni təcrübələrini əks etdirə bilər. Belçikalı arxeoloq Aurelie Daems bu tapıntının Ubeydlərin ritual və sosial dünyasına yeni işıq sala biləcəyini vurğulayıb.
R.İmanov