AZ

Dilan Polatla bacısı həbs oluna bilər

Türkiyəli sosial media fenomeni Dilan Polatla bacısı Sıla Doğu həbs oluna bilər.

Kulis.az xəbər verir ki, buna səbəb isə onların iki ay əvvəl restoranların birində əylənərkən biri-birini dodaqlarından öpməsidir.

Artıq İstanbul Respublika Prokurorluğunun Dilan və Sıla barəsində "qeyri-etik hərəkətlər" maddəsi ilə başlatdığı rəsmi istinaq sona çatıb.

Yaxın günlərdə hakim qarşısına çıxacaq bacıların 6 aydan 1 ilə qədər həbsi tələb olunacaq.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.

phrase_var_article.chosen
25
1
kulis.az

2phrase_var_article.sources