AZ

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək.

DİM-dən TƏHSİL.BİZ-ə bildirilib ki, imtahan vermək üçün 2144 nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:

- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

- İmtahana buraxılış vərəqəsi.

Üç saat davam edən imtahanda namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası”da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvanda 9 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 25 imtahan rəhbəri, 195 nəzarətçi, 31 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Seçilən
13
3
tehsil.biz

4Mənbələr