AZ

Finlandiya Rusiyaya uçan özəl təyyarəni saxladı - Və müsadirə etdi

Helsinki hava limanında Litvadan Rusiyaya uçan özəl “Beechcraft” təyyarəsi sanksiyaları pozmaqda şübhəli bilinərək saxlanılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Litvanın LRT radio şirkəti məlumat yayıb. Sonradan təyyarənin müsadirə olunduğu məlum olub.

Litvada qeydiyyatda olan təyyarənin Latviya hava məkanı vasitəsilə Rusiyanın Pskov şəhərinə doğru hərəkət etdiyi iddia olunur. Finlandiyada təyyarə yanacaq doldurmaq üçün dayanıb. Lakin yerli rəsmilər təyyarənin şübhəli marşrutu barədə xəbərdar olduqları üçün onun uçuşuna icazə verməyiblər.

Qeyd olunur ki, təyyarə bir müddət əvvəl Latviya vətəndaşı Roberts Klimoviçə satılıb. Indi isə həmin şəxsin bu təyyarəni Rusiyada satmaq istədiyinə dair şübhələr var. Klimoviç təyyarəni satmaq fikrində olmadığını iddia edib və Qazaxıstana uçmaq istədiyini bildirib.

Təyyarənin sahibi onun müsadirə olunmasından Finlandiya prokurorluğuna şikayət edib.

“AzPolitika.info”

Seçilən
6
azpolitika.info

1Mənbələr