Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6693 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək 2 nəfər,18-25 yaşadək 498 nəfər, 26-29 yaşadək 1012 nəfər, 30 yaş və ondan yuxarı isə 5181 nəfər təşkil edir.
Day.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
O qeyd edib ki, həmin şəxslərdən 6497-si kişi, 196-sı qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 59 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212 kq 424,217 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 406 kq 149,481 qr narkotik vasitə və psixotrop maddə, 38807 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 313-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 471 kq 706,851 qr və 13220 ədəd metadon həbi narkotik vasitə, psixotrop maddə və 213,4 qr güclü təsir edən maddə müsadirə edilib.
2888 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 895 kq 031,5 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib", - deyə bildirilib.