AZ

Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçirilir - FOTOLAR

Azərbaycanda ilk dəfə "Azərkosmos" İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə (ICESCO) birgə “Kosmik tibbin əsasları” mövzusunda beynəlxalq təlim keçirilir.

 

Sfera.az xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarә Heyәtinin sәdri Saməddin Əsədov, Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Nazim Pənahov, İSESCO-nun Bakı ofisinin direktor müavini və digər Azərbaycan Hərbi Cərrahiyyə Cəmiyyətinin və ABŞ-nin tibb, fizika və kosmos sahəsi üzrə ixtisaslaşmış professorları iştirak edir.

 

Bu unikal təlim iştirakçılara kosmik tibbin əsasları, mikroqravitasiyaya uyğunlaşma, kosmosda tibbi monitorinq, teletibb, psixoloji yanaşmalar və təlimlər, ürək-damar adaptasiyası, skelet sistemləri, əzələ və sümük quruluşu, görmə dəyişiklikləri, nevroloji dəyişikliklər və digər mövzular üzrə dərin biliklər təqdim edəcək.Təlim 19-21 dekabr tarixlərində Azərbaycan İdman Akademiyasında davam edəcək.

 

Qeyd edək ki, kosmik tibb kosmosda və mikroqravitasiya şəraitində insan sağlamlığını və fiziologiyasını öyrənən çoxşaxəli bir sahədir. Bu sahə astronavtların və kosmosda fəaliyyət göstərən mütəxəssislərin sağlamlığını qorumaq, onların tibbi ehtiyaclarını qarşılamaq və kosmosun insan orqanizminə təsirini anlamaq məqsədini daşıyır.

 


Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

phrase_var_article.chosen
15
1
sfera.az

2phrase_var_article.sources