AZ

Nazir: 6 illik dövr ərzində əmək müqavilələrinin sayında 609 min artım qeydə alınıb

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş və onun rifahı təşkil edir.

“Operayiv Media” Xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu çərçivədə, dövlət səviyyəsində vətəndaşların məşğulluğu prioritet istiqamətlərdən biri hesab olunur: "Çünki iş yerləri təmin etmək ölkədə insanların rifahını yüksəltmək üçün ən vacib amillərdən biridir. Əlbəttə ki, məşğulluq iki əsas istiqamətdən ibarətdir: biri iqtisadi güc, digəri isə əmək və insan resurslarıdır. İnsan resurslarının inkişaf etdirilməsi bizim qarşımızda duran əsas tələblərdən biridir.

Bu gün Azərbaycanda bir sıra tədbirlər həyata keçirilir. Biz hazırda ölkənin hər bir bölgəsində vətəndaşlarımız üçün layiqli əmək şəraitinin yaradılmasını və onların məşğulluğunu əsas hədəf kimi görürük. Ölkə başçımızın təsdiq etdiyi sosial-iqtisadi paketlər çərçivəsində qısa müddət ərzində minimum əmək haqqını 2.7 dəfə və orta aylıq əmək haqqını təxminən 2 dəfə artırmağa nail olmuşuq. Median əmək haqqını isə 2.3 dəfə artırmaq mümkün olub. Eyni zamanda, ölkədə əmək haqqı fondunun leqallaşması istiqamətində ciddi irəliləyişlər əldə etmişik. 6 illik dövr ərzində əmək müqavilələrinin sayında 609 min artım qeydə alınıb. Bu qədər şəxs ya əmək bazarına yeni daxil olub, ya da qeyri-formal məşğulluqdan formal məşğulluğa keçib".

 

phrase_var_article.chosen
8
operativmedia.az

1phrase_var_article.sources