AZ

"Bizim müğənnilərin böyük əksəriyyəti hacıları ilə tanınır" - EKSPERT FAKTLARI AÇIQLADI

Televiziya uzun ilərdir cəmiyyətin maariflənməsi, əylənməsi və informasiya əldə etməsi üçün mühüm vasitələrdən biri olub. Lakin son dövrdə televiziyada yayımlanan bəzi verlişlərin səviyyəsizliyi, etik qaydaların pozulması və keyfiyyətsiz məzmunu cəmiyyət arasında geniş müzakirələrə səbəb olur. Mənfi tərəfi də odur ki, televiziya şoularında insanin şəxsi həyatının müzakirəsi, mübahisələrin şouya çevrilməsi təhqir və davalarla gündəm yaradılması adi hal alıb.

Məsələyə münasibət bildirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, biz hələ də köhnə Sovet təfəkkürü il televiziya və efirə münasibət bildirməyi xoşlayırıq: "Əslində bu normaldır. Sosial, ictimai təndiq hər zaman cəmiyyətin inkişafına xidmət edir amma elə məsələlər var ki, yalnız subyektiv baxışlara yox, həm də obyektiv baxış, təhlil, tele-tənqid, efir mədəniyyəti ilə bağlı araşdırmalar tələb edir. Bəli dünyanın hər yerində eyni proses baş verir, qardaş ölkə Türkiyədə də eyni haldır. Hətta daha inkişaf etmiş formada. Fikir versəniz müxtəlif ləhcə ilə danşan müğənnilər televiziyada verliş aparır. Efirdə üstü örtülü də olsa söyüş söyülür.

Kütləvi mədəni düşüncə tərzi sayılan televiziya eyni zamanda ədəbiyyat və mədəniyyətin bir formasıdır. Televiziya vaxtı ilə mədəniyyət, insan münasibətləri, insan faciəsi, insan və cəmiyyət, insan və fərd ümumiyyətlə fərdin uğur və uğursuzluq hekayələrindən qaynaqlanaraq çox dəyərli sənət əsərlərini mədəniyyət tarixinə bəxş edib. İndi isə bu mövzuları, bu hadsələri daha çox televiziyalarda olan sosial verlişlər, tok-şoular yerinə yetirir. İnsanlar ədəbiyyatdan uzun - uzadı roman oxumaq istəmirlər. Hansısa bir müğənninin kədəri, onun başına gələn hadisələr, onun etirafları izləyicilər üçün maraqlıdır. Əslində televiziyaları qınayanlar anlamalıdırlar ki, televiziyanın başqa yolu yoxdur.

Sosial şəbəkələr internet, yeni media, onlayn televiziya indi bizim ümumi telekanallarda gördüyümüz məsələləri çoxdan işıqlamdırmağa başlayıb. Telekanallarımızın sayı, verlişlərimizin sayı artdıqca mövzu qıtlığı yaranır. Verlişdəki iştirakçıların sayının az olması hadisəsi ilə üzləşirik. Bunu nəzərə almalıyıq ki telekanallar özlərini maddi tərəfdən təmin etmək üçün mütləq və mütləq reytin arxasınca getməlidilər ki, onlar reklam bazarına daxil ola bilsinlər əks təqdirdə televiziya nə özünü ayağda tuta bilər, nə də ki əməkdaşların məvacibini ödəyə bilər. Düzdür burda sual ola bilər ki mövcud verlişlər niyə aşağı kateqoriyaya aiddir? Yuxarı kateqoriya verliş hazırlamaq üçün, ədəbi dilin bütün normalarında danışa bilən müğənni ekspert dəvət etmək üçün qonarar fondumuz olmalıdır. Bizdə isə bu demək olar ki yoxdur.

Həyatda biz necə varıqsa televiziya onu çatdırmağa çalışır. Bəyəm həyatda hamımız ədəbi dilləmi danışırıq? Yox təbii ki. O cümlədən efirə gələn qonaqlar da, mügənnilər də hansı bölgə ləhcəsində danışırsa danışsın normaldır yetər ki onlar intellektual düşüncə məhsulu ortaya qoysunlar. Təəssüflər olsun ki, bizim müğənnilərimizin böyük əksəriyyəti hacılarıyla,onlara maşın alan, onlara ev alan sponsorları ilə tanınırlar nəinki intellektləri ilə. Əfsuslar olsun ki məşhurların şəxsi həyatı, məişət problemləri hər zaman istər dünya televiziyasında, istərsə də sarı mətbuatda gündəmdə olan bir olay kimi işıqlandırılıb. Müğənni mediativ insandır və o anlamalıdır ki, onun hər addımı, hər bir hərəkəti, uğur və kədər hekayətləri tamaşaçılar ücün hər zaman maraqlıdır. Bu maraq hər zaman sarı mətbuatın, indi isə sosial verlişlərin diqqətini çəkir. Ona görə də mügənnilər əsasən də söz – söhbət yaradan mügənnilər bizim efirlərin qonağıdır və sosial layihələrdə də onları tez-tez görürük və bundan sonra da görəcəyik".

Ülkər Rəhmanqızı

phrase_var_article.chosen
18
sia.az

1phrase_var_article.sources