AZ

Bir irəli, bir geri, yerimizdə sayırıq? - İnternetimizin donma səbəbləri

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda internetin qiyməti artdı, qaydalar dəyişdi, yeni paketlər təqdim olundu, lakin yerində sayan bir məsələ var: keyfiyyət. Ucqar kəndləri qoyaq bir qırağa, elə Bakının bir çox yerlərində vətəndaşlar internetin keyfiyyətindən gileylənirlər. Sürət yuxarı göstərsə də, donmalar müşahidə edilir.
Hətta sosial şəbəkələrdə bəzi vətəndaşlar iddia edirlər ki, internetin sürəti saxtadır, çünki keyfiyyət aşağıdır.
Bəs görəsən, haqqında danışdığımız keyfiyyət məsələsində problem nədən qaynaqlanır və necə həll etmək lazımdır?
İnternet texnologiyaları üzrə tanınmış ekspert Vahid Qasım mövzu ilə bağlı fikirlərini Oxu.Az-la bölüşüb.
O qeyd edib ki, internetin keyfiyyəti bir neçə amildən asılı ola bilər:
"Provayderin routerindən istehlakçının evinə qədər gedən kabeldən çox şey asılıdır. Kabel optikdirsə, deməli, problem başqa yerdədir. Amma simli kabel istifadə olunursa, bu zaman həm fiziki zədə ola bilər, həm də yanında elektrik kabeli keçirsə, maqnit sahələrindən yaranan gurultu problem yaradacaq və siqnalın keyfiyyətinə mənfi təsir göstərəcək.
Başqa bir səbəb isə odur ki, modem köhnə və ya nasaz ola bilər. Bu halda mütləq modem yoxlanılmalıdır, nasazdırsa, dəyişdirilməlidir. Modem köhnədirsə, 100 Mbps sürəti dəstəkləməyə bilər.
Bundan əlavə, elektrik yükündə oynamalar varsa, tam 220-230 Volt yox, daha az yük gəlirsə, bu da modemin düzgün işləməməsinə səbəb olacaq. Stabilizator effektiv ola bilər.
Bir nüansı da qeyd edim ki, "Wi-Fi" ilə şəbəkəyə qoşulanda 5G olan şəbəkəyə qoşulmaq lazımdır ki, 100 Mbps sürətindən istifadə edə biləsiniz".
Ekspertin sözlərinə görə, əgər bir evdə internetdən eyni zamanda beş nəfər istifadə edir və ya 10 cihaz qoşulursa, cihazların beşində yenilənmə gedirsə, istifadəçilərin beşi də video izləyirsə, buna da 100 Mbps sürət bəs etməz:
"Sözügedən situasiyada sürətin düşməsinə təəccüblənməmək lazımdır.
Beləliklə, internet bağlantısının sürəti məsələsi birmənalı deyil. Səbəbləri araşdırıb mümkün olan problemləri aradan qaldırmaqla sürət problemini həll etmək olar".
"Amma təbii ki, provayder tərəfində də problemlər ola bilər. Bunları artıq istehlakçı özü aradan qaldıra bilməz. Həmin problemlərin provayder tərəfindən həll edilməsi şərtdir.
Yeri gəlmişkən, "donma"lar videoda müşahidə olunursa, bu, təkcə istehlakçının internetindən asılı olmaya bilər. Əgər video yerləşən serverin trafik limiti varsa və eyni anda çox insan tərəfindən bir video izlənilirsə, istehlakçının sürətindən asılı olmayaraq, videonun izlənməsi zamanı "donma"lar müşahidə edilə bilər. Bu hal ən çox "YouTube"da yox, başqa platformalarda müşahidə edilir".
Məhərrəm Əliyev
phrase_var_article.chosen
40
33
oxu.az

10phrase_var_article.sources