AZ

Rusiyada qatar qəzasında ölənlərin və yaralananların sayı artdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Murmansk vilayətində qatar qəzasında ölənlərin və yaralananların sayı artıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Dəmir Yolları (RDY) şirkətinin Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, ikimərtəbəli sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ümumilikdə beşi uşaq olmaqla 31 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağırdır.
Bundan başqa qəzada iki nəfər həlak olub. RDY həlak olanların qohumlarına 2.2 milyon rubl (35.8 min manat) ödəməyi, zərərçəkənlərə isə şirkətin tibbi müəssisələrində pulsuz müalicə və reabilitasiya imkanı vədi verib.
Xatırladaq ki, dünən Murmanskdan Sankt-Peterburqa gedən ikimərtəbəli qatar Kandalakşa rayonunun Knyajaya stansiyasında yük qatarı ilə toqquşub. Nəticədə qatarın arxa hissəsindəki dörd vaqon relsdən çıxıb. Qatarda ümumilikdə 326 nəfər olub.
RDY bildirib ki, toqquşma sərnişin qatarı stansiyaya daxil olanda baş verib. Hazırda yük qatarının maşinisti və onun köməkçisi saxlanılıblar. İlkin məlumata görə, onlar lokomotiv kabinəsini nəzarətsiz qoyublar. Hadisə ilə bağlı cinayət işi açılıb.
Seçilən
31
oxu.az

1Mənbələr