AZ

Generalı qətlə yetirən Əhməd Qurbanov hadisə yerində - VİDEO

Rusiyalı general-leytenant İqor Kirillovu və onun köməkçisini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Qurbanov partlayış baş verən yaşayış kompleksinə hadisə yerinə gətirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “112” Telegram kanalı məlumat yayıb. 

Telekanalın məlumatına görə, faciənin baş verdiyi yerdə şübhəli şəxslə istintaq hərəkətləri aparılmalıdır.

Özbəkistan vəətndaşı olan Qurbanov ötən gün saxlanılıb. Həmin şəxs rus dilini bilmədiyi üçün onun dindirilməsi üçün tərcüməçi tutulmalı olub. O, etirafında bildirib ki,ŞUkraynadan olan kurator generalı aradan götürdüyünə görə ona 100 min dollar və Avropa İttifaqında yaşayış vəd edib. Qurbanov razılaşdıqdan sonra ona koordinatlarını göndəriblər və komponentlərdən radio ilə idarə olunan bombanın necə yığılacağını izah ediblər.

Gülayə Mecid 

Seçilən
1
2
unikal.az

7Mənbələr