Bələdiyyə seçkiləri ilə əlaqədar bu günə qədər 1053 nəfər imza vərəqələrini qaytarıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ümumən 6 min 872 nəfərin namizədliyi irəli sürülüb. 350-yə yaxın namizəd qeydə alınıb. Müraciət edənlərin yarıdan çoxu 21-35 yaşlı şəxslərdir.
"Cebheinfo.az"