İngiltərədə 31 yaşlı ana 7 aylıq oğlunun ölümündə təqsirli bilinir.
SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb isə ananın oğlunu çimdirmək üçün hamam vannasına qoyduqdan sonra 26 dəqiqə telefonla oynaması olub.
Fikri telefondakı oyunda olan Danielle Massey oğlunun boğulduğunu görməyib.
Məlumata görə, qadın telefonla oynadıqdan sonra divanda yuxuya gedib.
Çağırış əsasında hadisə yerinə gələn səhiyyə işçiləri hamam vannasında hərəkətsiz şəkildə olan körpəni helikopterlə xəstəxanaya çatdırmağa çalışsa da, uşaq ölüb.
D.Massey saxlanıldıqdan sonra marixuna qəbul etdiyini və körpəsinin ölümündə təqsirli olmasını etiraf edib. Bununla belə ana uşaq boğulduğu zaman telefonla oynamadığını deyib. O bildirib ki, uşaq hamam vannasında oturduğu stuldan sürüşüb və boğulub.
Növbəti dəfə isə o, dindirilmədə həmin vaxt astma tutması keçirdiyini, nəfəsini tənzimləmək istəyərkən yuxuya getmiş ola biləcəyini deyib.
“Hamısı mənim günahımdır. Uşağımı mən öldürmüşəm” – ana deyib.
Məhkəmə hələlik yekun qərar qəbul etməyib.
Billurə