AZ

Deputatlar işğaldan azad olunmuş ərazilərdə də qəbullar keçirir? - AÇIQLAMA

Milli Məclisin deputatları həftədə iki dəfə öz seçiciləri ilə görüşlər təşkil edirlər. Bununla bağlı konkret vaxtlar müəyyən olunub. Həmin günlərdə seçicilər deputatları ilə görüşüb arzu, istək və təkliflərini onlara çatdırırlar.

Bəs işğaldan azad olunmuş ərazilərin deputatları qayıdışın gerçəkləşdiyi rayonlarda da seçicilərlə görüşlər keçirə bilirlərmi?

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı daiəsindən seçilmiş deputatı Ceyhun Məmmədov Modern.az-a bildirib ki, vətəndaşlarla görüşlər davamlı olaraq keçirilir:
 

"Bu gün Cəbrayıl sakinləri respublikanın 54 rayonunda məskunlaşıblar. Bu, əhatə dairəsinin necə geniş olduğunu aydın göstərir. Deputatlar hər ay iki dəfə müxtəlif bölgələrdə planlaşdırılmış formada seçicilərlə görüşlər keçirirlər. Bundan əlavə, həftədə bir və ya iki dəfə vətəndaşların müraciətləri əsasında qəbullar həyata keçiririk. Vətəndaşlarla sıx işləmək deputatlar üçün əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Bəzən görüşlər qrup halında olur. Bəzən də biz özümüz məhəllə-məhəllə gəzib, insanlarla ünsiyyətdə oluruq".

Ceyhun  Məmmədov deyib ki, intensiv olaraq qayıdışın həyata keçirildiyi Cəbrayıl şəhərinə də səfər edir:
 

"Bir müddət əvvəl Cəbrayıl şəhərinə də köç olub. Biz də mütəmadi şəkildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun mərkəzinə səfər edirik. Orada keçirdiyimiz görüşlərdə doğma yurda qayıtmış vətəndaşları dinləyir, onları maraqlandıran məsələləri müzakirə edirik".

Seçilən
16
modern.az

1Mənbələr