AZ

PKK-nin məsul şəxslərindən biri məhv edildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, MİT əməliyyatında terror təşkilatı PKK /PJAK-ın sözdə məsul şəxslərindən biri Nesrin Amed kod adlı Yayla Kızılkaya zərərsizləşdirilib.

Kızılkaya Türkiyə, İraq və Suriyada həyata keçirdiyi silahlı terror aktlarına görə MİT-in hədəf siyahısında olub.

1993-cü ildə terror təşkilatına qoşulan Kızılkaya 2024-cü ildən təşkilat tərəfindən sözdə məsul şəxs təyin edilib.

Gülayə Mecid 

Seçilən
51
14
unikal.az

10Mənbələr