AZ

Avropa İttifaqı TikTok-u məsuliyyətə cəlb etmək istəyir

Avropa Komissiyası rəqəmsal xidmətlər qanununa istinad edərək TikTok-un Rumıniyadakı son seçkilərin bütövlüyünü pozması iddiasıyla bağlı rəsmi araşdırmaya başlayıb. Avropa İttifaqı və NATO üzvü olan Rumıniyada Prezident seçkisinin birinci turunda “aqressiv hibrid müdaxilələr” aşkarlanıb. Həmişəki kimi şübhələr Rusiyaya yönəlib. Rusiyanın müvafiq strukturlarının TikTok vasitəsilə seçki nəticələrinə təsir etməsi şübhələri var.

TikTok nümayəndələri dekabrın 3-də Avropa Parlamentində keçirilən dinləmələrdə çıxış ediblər. Şirkət nümayəndələri bildiriblər ki, TikTok-un Rumıniya seçkiləri ilə bağlı baş verənləri özləri də araşdırırlar. Brüssel TikTok-dakı istifadəçi məlumatlarının Çinə ötürülməsinin mümkün olub-olmaması ilə də maraqlanır. Bu kibertəhlükəsizlik baxımından Brüssel üçün vacibdir. Məsələ burasındadır ki, Rumıniyadakı səsvermədən öncə minlərlə saxta hesabın gizli fəaliyyəti diqqət çəkib. Rumıniyada TikTok istifadəçilərinin sayının 9 milyon nəfər civarındadır. Onların əksəriyyəti gənc seçicilərdir. Kelin Corceskunun prezident seçkisinin birinci turunda gözlənilməz qələbəsi bir çoxları üçün sürpriz oldu. Rumıniya Konstitusiya Məhkəməsi seçkinin birinci turunun nəticələrini ləğv etdi. Corcesku seçki kampaniyasında Rumıniyanın Ukraynaya yardımını sərt tənqid edib. Corcesku TikTok-dakı videoçarxlarında Ukrayna və Avropa İttifaqı əleyhinə açıqlamalar verib. Bu videoçarxları milyonlarla Rumıniya vətəndaşı izləyib. Bəyənmə sayı da çoxdur. Aydındır ki, belə bir namizədin seçkidə qələbə qazanması Rusiyanın maraqlarına cavab verib.

İlkin rəylər belədir ki, Çinə məxsus sosial media platforması olan TikTok-un bu qələbədə mühüm rolu olub. Bu “qələbə” dərhal Brüsselin diqqətini çəkib və araşdırmalara qərar verilib. Avropa Komissiyası TikTok-un siyasi reklam və ödənişli məzmunla bağlı siyasətini araşdırır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen araşdırmanı şəxsən nəzarətdə saxlayır. Onun sözlərinə görə, xarici aktorların TikTok-dan istifadə edərək Rumıniya prezident seçkilərinə müdaxiləsi Brüsselidən ciddi addımlar atmağı tələb edir: “Avropa İttifaqı ərazisində seçki müdaxilələrində itşirak edən onlayn platformalar, o cümlədən TikTok məsuliyyətə cəlb edilməlidir”. Brüsselin bu araşdırmaya ehtiyacı yalnız Rumıniyadakı seçki ilə bağlı deyil. Avropa İttifaqı strukturları ehtiyat edirlər ki, digər Avropa ölkələrində də sosial platformaların imkanlarından istifadə edən xarici mərkəzlər tapıla bilər. Ona görə də Brüssel Rumıniya nümsunəsindən istifadə edərək bunun qarşısını almağa çalışır.

“Atlas” Araşdırmalar Mərkəzi

visiontv.az



phrase_var_article.chosen
8
1
visiontv.az

2phrase_var_article.sources