AZ

"Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq" çərçivəsində maarifləndirmə kampaniyası keçirilib

Hər il Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə başlayan və Beynəlxalq İnsan Hüquqları Günü ilə sona çatan Gender Əsaslı Zorakılığa qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə tərəfdaşlığı ilə bir sıra maarifləndirmə tədbirləri keçirilib.

Kampaniya çərçivəsində 5 regionda: Yevlax, Mingəçevir, Sumqayıt, Sabirabad və Bakıda, psixoloqlar, tələbələr, dövlət qurumlarının nümayəndələri, sosial işçilər, hüquqşünaslar, yerli vətəndaş cəmiyyətinin üzvləri də daxil olmaqla ümumilikdə 300-ə yaxın şəxsin iştirakı ilə məlumat sessiyaları təşkil edilib. Sessiyaların məqsədi gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə maarifləndirmə aparmaq, iştirakçılara məişət zorakılığı hallarında müraciət edə biləcəkləri dövlət qurumları, qaynar xətlər və resurs mərkəzləri haqqında məlumat vermək, həmçinin iqlim dəyişikliyi və gender əsaslı zorakılıq arasındakı əlaqə barədə ictimaiyyətin məlumatlılığını artırmaq idi. Eləcə də, iştirakçılar polis və prokurorluq, icra hakimiyyəti, rayon (şəhər) məhkəmələri kimi dövlət qurumlarına hansı hallarda və nə üçün müraciət etməli olduqları barədə məlumatlandırılıb.

Kampaniya çərçivəsində maarifləndirmə işləri sosial media platformaları vasitəsilə də aparılıb. İqlim dəyişikliyinin qadınların reproduktiv sağlamlığına təsiri, təbii fəlakətlərin qadınlar üzərindəki məişət yükünü artırması, qadınların iqlim dəyişikliyinə adaptasiyasına mənfi təsir göstərən amillər, iqlim dəyişikliyinin qadınların iqtisadi azadlıq əldə etməsinə mənfi təsirləri, qadınların iqlim dəyişikliyi ilə bağlı qərarvermə prosesindən kənarda qalması, gender stereotiplərinin qadınların iqlim dəyişikliyinə uyğunlaşmasına təsiri kimi mövzular üzrə maarifləndirici posterlər hazırlanaraq ictimaiyyətlə paylaşılıb.

Seçilən
40
2
xalqqazeti.az

3Mənbələr