AZ

Hakan Fidan:''Suriyada separatçı terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatları davam etdirəcəyik''

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Suriyada separatçı terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatları davam etdirəcəklərini bildirib.

Hakan Fidan, Əl-Cəzirə telekanalına verdiyi müsahibədə YPG-nin separatçı terror təşkilatı PKK-nın bir qolu olduğunu və Türkiyə üçün böyük bir təhlükə yaratdığını vurğulayıb.

 “YPG, Suriyada işğal etdiyi bölgələrdə mövcudluğunu və üstünlüyünü qorumağa çalışır. Onlar özlərini DEAŞ-la mübarizədə Qərbə yardım edən qrup kimi təqdim edirlər, amma bu, onların əsl şəxsiyyətinin təhrifidir. YPG, terror təşkilatı olaraq oradadır”, - deyə Hakan Fidan qeyd edib.

Nazir, Amerika Birləşmiş Ştatlarının Türkiyəyə terror təhlükəsinə qarşı tədbir görməməsi barədə heç bir göstəriş verə bilməyəcəyini bildirərək, "Bu, qulaq asacağımız bir şey deyil. Suriyada separatçı terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatları davam etdirəcəyik", - deyib.

Fidan, Türkiyənin Suriyadakı mövcudluğunun iki əsas məqsədini də açıqlayıb: “Biri, Suriyadan Türkiyəyə daha çox kütləvi köçün qarşısını almaq, digəri isə terrorla mübarizədir. Bu iki əsas narahatlıq aradan qaldırıldıqda, Suriyada qalmağımız üçün heç bir səbəb olmayacaq. Hazırda düzgün istiqamətdə düzgün addımlar atıldığını görürük.”



phrase_var_article.chosen
11
46
trt.net.tr

10phrase_var_article.sources