AZ

Türkiyədən Yunanistana tekstil məhsulları ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Yunanistana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 126 milyon 573 min 24 dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Yunanistana 11 milyon 645 min 3 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 20,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 8,7 milyard dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 856 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən noyabr ayı ilə müqayisədə 6,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 9 milyard 478 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Seçilən
4
36
turkic.world

10Mənbələr