AZ

Azərbaycana dərmanların idxalı azaldı

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 467 milyon 126 min dollar həcmində 18 min 810 ton əczaçılıq məhsulu idxal edilib.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon 348 min dollar və ya 10,25% azalıb, miqdar ifadəsində isə 6 min 148 ton, başqa sözlə, 24,63% azalıb.

Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 520 milyon 475 min dollar dəyərində 24 min 958 ton əczaçılıq məhsulu idxal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayında idxal edilən əczaçılıq məhsullarının 1 kiloqramının orta dəyəri 42 manat 22 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 35 manat 45 qəpik idi. Bu da illik müqayisədə 6 manat 77 qəpik və ya 19,1% artım deməkdir.

phrase_var_article.chosen
20
2
publika.az

3phrase_var_article.sources