AZ

Ukrayna Silahlı Qüvvələri Rostovu vurdu: neft emalı zavodu yanır

Rusiya Federasiyasının Rostov vilayətində partlayışlar baş verib. Yerli teleqram kanalları dron hücumları və hava hücumundan müdafiə əməliyyatları barədə məlumat yayıb.

İctimai səhifələrdən biri Novoşaxtinski neft emalı zavodunun ərazisində baş verən bir zərbə haqqında yazıb. Qeyd olunur ki, Rostovun şimalında siren 15 dəqiqə dayanmayıb. “Novoşaxtinskdən bəd xəbər Ukrayna Silahlı Qüvvələri neft emalı zavodunu vurdu”, – yazılardan birində deyilir.

Teleqram kanalının abunəçilərinin mesajlarına görə, “hədəflər hələ də vurulur, partlayış səsləri eşidilir”.
Novoşaxtinski neft emalı zavoduna hücumla bağlı Rusiya hakimiyyətindən rəsmi şərh verilməyib. Bu arada internetdə müəssisənin ərazisində güclü yanğını əks etdirən video yayılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
1
editor.az

2Mənbələr