AZ

İrəvan seçim etməlidir: Sülh, yoxsa yeni müharibə? – ÖZƏL

"Regionda yaranan yeni reallıqlar fonunda İkinci Qarabağ müharibəsindən sonra Ermənistan məğlub tərəf kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əməl etməməklə bərabər, ambisiyalı strategiya həyata keçirdi, sürətli şəkildə silahlanma yolunu tutdu. Bu prosesdə də qərb təsisatları və dövlətləri əvvəlcə iqtisadi çalarları özündə ehtiva edən yardımlar etməyə başladılar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Ukraynadakı müharibə nəticəsində Rusiyanın Ermənistandakı güclü dayaqları zəifləməyə və zəiflədilməyə başladıldı. Bundan sonra Ermənistana edilən yardımlar açıq şəkildə hərbi fazaya keçdi. Qlobal maraqları özündə birləşdirən müttəfiq dövlətlərin, bəzən də ziddiyyətli vəziyyətdə olan ölkələrin maraqları Cənubi Qafqazda Ermənistan mövzusunda birləşdi, tərəflərin əldə etdiyi razılaşmalar isə sanki bir mərkəzdən idarə olunarcasına yönləndirilir. 
Maraqlar kontekstindən məsələyə yanaşdıqda təkcə kollektiv Qərbin fəaliyyəti gözlər önünə gəlsə də, Yaxın Şərqdə dayaqları zəifləyən İran da Ermənistan mövzusunda digərləri ilə maraqları uzlaşır. Belə ki, bu, yeni diplomatik gedişat deyil, 30 illik erməni işğalı dövründə də oxşar tendensiya rəsmi Tehran tərəfindən davam etdirilirdi. 
Bu il aprelin 5-də Aİ-Ermənistan-ABŞ müştərək konfrans keçirərək özləri üçün gələcək yol xəritəsini müəyyənləşdirdi desək, yanılmarıq. Gürcüstanda seçkilərdən sonra daha aydın formada görünən siyasi mənzərə Qərbin Cənubi Qafqazdakı əsas maraq mərkəzində Ermənistanın yerini möhkəmləndirdi. Bu səbəbdən də Gürcüstanda itirilən nüfuz dairələri Ermənistan vasitəsilə daha güclü şəkildə kompensasiya edilməyə başlanıldı. Bir yandan Azərbaycanı və Ermənistanı daha tez sülh imzalanmağa tələsdirən ABŞ və Fransanın təşəbbüsü ilə kollektiv Qərb, digər tərəfdən də birtərəfli şəkildə İrəvana diplomatik dəstək və hərbi yardım edir. Ona görə də bu mövzuda beynəlxalq ictimaiyyətin ciddi təsir rıçaqlarına sahib olduğuna inanmaq sadəlövhlük olardı. Regiondakı real mənzərə isə ikitərəfli siyasi uzlaşmadan keçir. Lakin siyasi iradəyə malik olmayan Ermənistan özünü müstəqil dövlət kimi göstərməsi reallığı əks etdirmir. İrəvan seçim etməlidir ki, o həqiqətən sülh istəyirmi, yoxsa vaxt uzadaraq yeni müharibəyə hazırlaşır. Amma aktiv silahlanma və sülhə əngəllər sabitlik və təhlükəsizlik mühitini zədələyir. Görünür ki, sülh perspektivlərindən daha çox xaos, qarşıdurmalar Ermənistanın siyasi xarakterinə, dövlət ənənəsinə uyğunudur".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr