AZ

Qazaxıstan və Azərbaycan məşğulluq sahəsində birgə layihələr həyata keçirməyi planlaşdırır

Bakı. Trend:

Qazaxıstan və Azərbaycan əmək ehtiyatları və məşğulluq sahəsindəbirgə layihələr həyata keçirmək niyyətindədir.

Trend xəbər verir ki, bubarədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin"Əmək resurslarının inkişafı mərkəzi" ASC-nin prezidenti DauletArqandıkov 2024 Azərbaycan Karyera İnkişafı Forumunda çıxışı zamanıbildirib.

"Mən Əmək resurslarının inkişafı mərkəzinin ilk rəhbəriyəm vəbizim mandatımız olduqca genişdir. Miqrasiya və məşğulluq da daxilolmaqla, bütün sosial və əmək sahəsi ilə məşğul oluruq. Buistiqamətdə biz Azərbaycanın Dövlət Məşğulluq Xidmətinintərəfdaşıyıq. Bizim fəaliyyət planımız var və bu çərçivədə birgəlayihələr həyata keçiririk və planlaşdırırıq", – deyə D.Arqandıkovbildirib.

Onun sözlərinə görə, əmək ehtiyatları, təhsil və əməkbazarlarının inkişafı olmadan cəmiyyətin və iqtisadiyyatın davamlıinkişafı mümkün deyil.

O həmçinin qeyd edib ki, pandemiya, iqtisadi böhran, daxiliproblemlər və qlobal avtomatlaşdırma (süni intellektin geniştətbiqi) kimi çağırışlara baxmayaraq, Qazaxıstan əmək bazarındasabitliyi qoruyub saxlayıb.

"Əsas göstəricilərimiz artıb – bu həm məşğul olan insanlarınsayı, həm də əhalinin gəlirləri ilə bağlıdır. Amma bununla yanaşı,problemlər də var, bunlardan biri gənclərin məşğulluğudur", – deyəmərkəzin prezidenti vurğulayıb.

D.Arqandıkov əlavə edib ki, Qazaxıstan əmək ehtiyatlarına görənisbətən gənc ölkədir və proqnozlara görə, gələcəkdə əmək bazarınagənclərin sayının əhəmiyyətli artımı təzyiq göstərəcək.

Məqalədə:
phrase_var_article.chosen
21
1
az.trend.az

2phrase_var_article.sources